Qazaxıstan Azərbaycana 340 min ton buğda ixrac edib

Qazaxıstan Azərbaycana 340 min ton buğda ixrac edib

Qazaxıstan cari ilin oktyabr ayı ərzində Azərbaycana 340 min ton buğda ixrac edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, Qazaxıstan 2015-ci ilin yanvar-oktyabr aylarında ümumilikdə 2 min 366 ton buğda, buğda qarışığı və çovdar ixrac edib ki, bu da 2014-cü ilin analoji dövr göstəricisi ilə müqayisədə 25,6% azdır.
Oktyabrda buğda ixracı 322,6 min ton təşkil edib. Qazaxıstan MDB ölkələrinə ümumilikdə 1987,3 min ton buğda ixrac edib ki, bunun 340,3 min tonu Azərbaycanın, 254,2 min tonu Qırğızıstanın, 681,7 min tonu Tacikistanın və 1011 min tonu Özbəkistanın payına düşüb.

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR