Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 93-cü kilometrliyində, rayonun Qorağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayon sakini 1955-ci il təvəllüdlü Məmmədvəli Xanlar oğlu Nəsibovun idarə etdiyi 08-BJ-023 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobillə Qaxın Almalı kənd sakininin idarə etdiyi"VAZ-2107" markalı digər avtomobil toqquşub.

Nəticədə "VAZ"da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlıaraşdırma aparılır.

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR