Qaxda dəhşətli yol qəzası 5 nəfər öldü

Qaxda dəhşətli yol qəzası   5 nəfər öldü

Qax rayonunda ağır yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə Qax rayonunun girəcəyində baş verib.

10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qarşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili ilə toqquşub. 

Nəticədə “Niva" markalı avtomobilin sürücüsü və 2 sərnişini, "Mercedes" markalı avtomobildə isə 2 nəfər hadisə yerində ölüb.

Hadisə yerinə FHN-in Şəki və Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Aktual.az

Xəbər 2409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR