"Qatilin arvadı Bakıdadır"- İlginc iddia


"Qatilin arvadı bakılıdır və aprel ayında Bakıya qayıdıb, bir daha İrana getməyib".
Bu barədə iranşünas Vidadi Mustafayev İran saytlarına istinadən xəbər verib. O qeyd edib ki, aidiyyəti qurumlar bu məlumatın doğruluğunu asanlıqla yoxlaya bilər".
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Xəbər 1712 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR