Qaşıqçının qətlinə görə Səudiyyə vəliəhdi məsuliyyət daşıyır! – ABŞ Senatı qətnamə qəbul etdi

Qaşıqçının qətlinə görə Səudiyyə vəliəhdi məsuliyyət daşıyır! – ABŞ Senatı qətnamə qəbul etdi
  • DÜNYA

ABŞ Konqresinin Senatı cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.


"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Bildirilir ki, qətnamə yekdilliklə qəbul olunub. Sənəddə həmçinin Səudiyyə Ərəbistanı hakimiyyətinə jurnalistin ölümündə əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə dair çağırış yer alıb.

Bundan əvvəl Ər-Riyad Qaşıqçının qətlində ittiham olunanları Türkiyəyə verməkdən imtina edib.

 
Aktual.az
Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR