“Qarabağın tamamən bizim olmasına az qalıb" - Elşən Musayev

“Qarabağın tamamən bizim olmasına az qalıb

“Prezident İlham Əliyevin bütün fəaliyyəti, siyasəti ölkə vətəndaşının özünü rahat hiss etməsinə, eləcə də Dağlıq Qarabağla bağlı məsələlərdə Azərbaycan cəmiyyətinin rahat olmasına yönəlib. Hesab edirəm ki, ölkə başçısının Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri də ümumi siyasətin bir xətti hesab olunmalıdır”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Millət vəkilinin sözlərinə görə, cənab İlham Əliyev Ali Baş Komandan kimi öz fikirləri, mərdliyi, sözünün bütövlüyü ilə hər zaman cəmiyyətə və beynəlxalq aləmə sübut edib ki, Dağlıq Qarabağ məsələsində heç bir güzəştə gedilməyəcək:

“Prezidentin cəbhə bölgəsinə səfəri həm də vətəndaşın üzündə bir ruh yüksəkliyi yaratdı. Əslində bu, həmçinin gələcəyə də yönəlik bir addım idi. Nəyə görə? Çünki bildiyiniz kimi, cəbhə xəttində baş verən hadisələrlə bağlı dünya mətbuatında və elə Azərbaycanın özündə bəzi müxalif dairələr dezinformasiya yaymağa çalışırlar ki, guya vəziyyət olduqca pisdi və s. Azərbaycan Prezidentinin, eyni zamanda bir xeyli əvvəl müdafiə nazirinin cəbhə bölgəsinə səfəri göstərdi ki, hər şey qaydasındadı, insanlar əvvəlki kimi yenə də rahat şəkildə öz evlərində yaşayırlar. Bu gün Azərbaycan əhalisində qəribə bir müharibə əzmi və qələbə ruhu var. Bu mənada hesab edirəm ki, ölkə rəhbərinin hərblə bağlı səsləndirdiyi bütün fikirlər, əməllər alqışlanmalı və təqdir olunmalıdır. İnsAllah tezliklə hamımızın arzuladığı Qarabağ bizim olacaq”.

Xəbər 2641 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR