“Qarabağ”ın son məşqi nə vaxt olacaq?

“Qarabağ”ın son məşqi nə vaxt olacaq?
  • İDMAN

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la Belçikanın "Anderlext" klubu arasında keçiriləcək oyundan öncə mətbuat konfransları təşkil olunacaq.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, sabah saat 15:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov jurnalistlərin suallarını cavablayacaq.

18:30-da isə "Qarabağ" oyun öncəsi son məşqinə çıxacaq. Amma klub mərkəzi arenada yox, Suraxanıdakı bazasında hazırlaşacaq.

"Anderlext"in çalışdırıcısı Besnik Hasinin də mətbuat konfransı mərkəzi arenada baş tutacaq və saat 19:30-da start götürəcək. 20:00-da isə o, komandasını bu stadionda son məşqə çıxaracaq.

Qeyd edək ki, "Qarabağ" - "Anderlext" matçı oktyabrın 1-də keçiriləcək və saat 22:00-da start götürəcək.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR