“Qarabağ”ın oyununda ciddi təhlükəsizlik tədbirləri

“Qarabağ”ın oyununda ciddi təhlükəsizlik tədbirləri
  • İDMAN


Avropa Liqasının 6-cı turu çərçivəsində Belçikada keçirləcək “Anderlext” - “Qarabağ” oyunda təhlükəsizlik tədbirləri yüksək səviyyədə olacaq.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, “Anderlext” klubu azərkeşlərə müraciət edərək stadiona çanta və paketlər gətirməməyi xahiş edib. Azərkeşlər bir-bir yoxlanılacaq. Bu səbəbdən fanatlara stadiona bir az tez gəlməyi məsləhət görülür. 


Həmçinin azərkeşlərdən stadionda partlayış səsinə oxaşayan, yüksək səs çıxartmamaq xahiş edilir. Çünki bu səslər insanlar arasında panika yaradır. Bu cür hərəkətlərə yol verən azərkeş ciddi cəzalandırılacaq.

Xatırladaq ki, oyun dekabrın 10-dan 11-nə keçən gecə Bakı vaxtı ilə saat 00:05 Brüsseldə də keçiriləcək.

Aktual.az

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR