“Qarabağ”ın oyunu üçün biletlər neçəyədir?

“Qarabağ”ın oyunu üçün biletlər neçəyədir?
  • İDMAN

"Qarabağ" sabah Avroliqanın qrup mərhələsinin ilk turunda İngiltərənin paytaxtı Londonda ilk oyununa çıxacaq.
 
Təmsilçimiz sabah Bakı vaxtı ilə saat 00:05-də məşhur "Tottenhem"lə qarşılaşacaq.
 
Bu oyun üçün biletlərin qiyməti də bəllidir. Ümumilikdə biletlər 20 funt-sterlinqə satılır. Ancaq 18 yaşdan aşağı uşaqlar və yaşlılar üçün güzəşt nəzərdə tutulub. Belə ki, yaşlılar bileti 10 funta, 18 yaşadək yeniyetmələr isə 5 funta ala bilər.
 
Üstəlik, ailələr üçün paketlər də satışdadır. Ailəvi şəkildə oyuna bir yerdə tamaşa etmək istəyənlər tərkibindən asılı olmayaraq, 40 funta biletə sahib çıxa bilər.
 
///qafqazinfo
Xəbər 650 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR