“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəllidir

“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəllidir
  • İDMAN

Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. 

Aktual.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində ilk dəfə olaraq iki klubla təmsil olunan Azərbaycan komandaları “Qarabağ” və “Qəbələ”nin rəqibləri məlum olub.


Belə ki, ardıcıl olaraq Azərbaycan Avropa Liqasında təmsil edən “Qarabağ” J qrupunda Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa) ilə, “Qəbələ” isə C qrupunda "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya) komandaları ilə qarşılaşacaq. 

A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Sion" (İsveçrə)

C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (Azərbaycan)

D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtilland" (Danimarka)

E qrupu: "Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

F qrupu: "Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninqen" (Hollandiya)

G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa), "Rusenburq" (Norveç)

H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Skenderbeu" (Albaniya)

İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenses" (Portuqaliya)

J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan)

K qrupu: "Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras Tripolis" (Yunanıstan)

L qrupu: "Atletik" (Bilbao, İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Ausburq" (Almaniya), "Partizan" (Serbiya)

Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1-22 oktyabr, 5-26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək. 

Xəbər 649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR