Qanunsuz silah gəzdirən şəxslər saxlanıldı

Qanunsuz silah gəzdirən şəxslər saxlanıldı

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR