Qanunsuz sahibkarlara “yaşıl işıq” yandırıldı

Qanunsuz sahibkarlara “yaşıl işıq” yandırıldı

Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar.


Aktual.az Modern.az-a istinadən xəbər verir ki,  Milli Məclisin bu gün keçirilən iclasında bu məsələyə baxılıb. Belə ki, məsələ Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə təkilf edilən dəyişiklikdə öz əksini tapıb.

Maddəyə əlavə ediləcək qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Xatırladaq ki, hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik səsə qoyularaq qəbul olunub.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR