"Qanunsuz ət kəsiminin qarşısı alınacaq" - Xidmət rəisi


"Ölkədə heyvan mənşəli məhsullara nəzarət gücləndirilib".


Aktual.az APA-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov bildirib ki, əhalinin sağlam qidalanmasının təmin olunması ilə əlaqədar reydlər davam etdirilir.

O qeyd edib ki, baytarlıq apteklərində, habelə dərmanların saxlanıldığı anbarlarda da reydlər keçirilir: “Bu sahədə baş verən bütün qanunsuzluqların qarşısı alınacaq. Kənd təsərrüfatı nazirinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti ardıcıl olaraq reydləri davam etdirəcək”.

A. Süleymanov əlavə edib ki, qanunsuz ət kəsiminin də qarşısı alınacaq.

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR