Qadın sahibkarlara güzəşt ediləcək

Qadın sahibkarlara güzəşt ediləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sahibkar qadınlara daha aşağı faizli güzəştli kreditlərin verilməsi ilə bağlı Nazirlər Kabinetinə təkliflər paketi təqdim edəcək.

Aktual.az APA-ya istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H. Hüseynova deyib ki, prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrlə əlaqədar Dövlət Komitəsi beynəlxalq təşkilatlarla təkliflər paketi üzərində çalışır: "2015-ci ildə də Dövlət Komitəsi qadınlar arasında sahibkarlığın inkişafı üçün pilot layihələr həyata keçirib. Qadın sahibkarlar tərəfindən müəssisələrin açılmasına dəstək, resurs mərkəzlərinin təşkili, qadınların sahibkarlıq sahəsində maarifləndirilməsi istiqamətində səylər göstərmişik. Nəticədə xüsusilə Sabirabad və Neftçala rayonlarında qadın sahibkarlar tərəfindən bir neçə yaxşı biznes-layihələr həyata keçirildi və bu müəssisələr hazırda fəaliyyət göstərir. Bu il də bu sahədə fəaliyyətimiz daha da genişlənəcək. Hazırda biz qadınlar arasında sahibkarlığın inkişafı ilə əlaqədar bir beynəlxalq təşkilatla təkliflər paketi üzərində çalışırıq. Nazirlər Kabinetinə də müraciət etməyi planlaşdırmışıq. Azərbaycanda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu var, qadın sahibkarlara daha aşağı faizlə güzəştli kreditlərin ayrılmasını təklif etməyə hazırlaşırıq. Hazırda bu sahədə beynəlxalq təcrübəni daha geniş formatda öyrənirik".

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR