Putinin illik gəliri açıqlandı – 9 milyona yaxın

Putinin  illik gəliri açıqlandı   – 9 milyona yaxın

Rusiya prezidenti Vladimir Putinin 2015-ci il üçün illik gəlirləri açıqlanıb.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, prezidentin gəlirləri, xərcləri və əmlakı barədə bəyanat dövlət başçısının saytında yerləşdirilib. Ötən il üçün Rusiya prezidentinin gəlirləri 8 891 777 rubl (təxminən 204 510 AZN) təşkil edib. 2014-cü il üçünsə bu rəqəm nisbətən çox - 7 654 042 rubl (təxminən 176 min AZN) olub.

Onun mülkiyyətində 1,5 min kvadrat metrlik torpaq ərazisi, 77 kv.metrlik ev və 18 kv.metrlik qaraj göstərilib. Həmçinin Putinin istifadəsində 153,7 kv.metrlik ev v 18 kv.metrlik qaraj da var. Bütün bu mülklər 2013-cü il bəyanatında da əks olunub. Daşınmaz əmlakların hamısı Rusiyadadır.

2014-cü illə müqayisədə ötən il prezidentin şəxsi avtoparkında da dəyişiklik olmayıb. Onun mülkiyyətində 2 nadir “Volqa” (QAZ M21 və QAZ M-21R), həmçinin “Niva” və qoşqu “Skif” var.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR