Putinin 1 illik fəaliyyəti: 362 görüş, 109 telefon danışığı

Putinin 1 illik fəaliyyəti: 362 görüş, 109 telefon danışığı

Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin 7 mayından 2016-cıl ilin 7 mayına qədər 362 dövlət əhəmiyyətli görüş keçirib və 107 telefon danışığı aparıb.

Rusiyanın “Kommersant” qəzeti yazır ki, Putin prezidentliyinin 12-ci ilində 311 iş günü keçirib.

O, ümumlikdə, 902 görüşdə və tədbirdə olub, 55 ezamiyyətdə, o cümlədən 44 Rusiyadaxili səfərdə iştirak edib.

“Ötən il cənab Putin 363 görüş keçirib. Onlardan 315-i ikitərəfli formatda, 10-u üçtərəfli və 38-i geniş tərkibli formatda olub. O, 60 rəsmi və 1 qeyri-rəsmi ikitərəfli görüş keçirib. Putin 1 ildə 231 nəfərlə - o cümlədən 101 əcnəbi ilə görüşüb”.

2015-2016-cı illər ərzində Putin ən çox baş nazir Dmitri Medvedev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Səudiyyə Ərəbistanı kralı Salman əl-Saudla görüşüb. Telefon danışıqlarında isə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland lider olub.

“Kommersant”ın məlumatına görə, prezident 1 ildə 10 konsert və tamaşaya, 6 təhsil və 6 dini məbədə baş çəkib.

Putinin əsas sevimli idman növü isə hokkey olub.//xezerxeber

Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR