Putinə Baydendən dəvət gəldi

Putinə Baydendən dəvət gəldi

ABŞ prezidenti Co Baydendən Vladimir Putinə Amerika tərəfinin təşkil etdiyi iqlim sammitində iştirak etmək üçün dəvət gəlib. 

Aktual.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dəvət alındı, - Peskov deyib, - lakin eyni zamanda, hələ də təfərrüatlar yoxdur". 

Onun sözlərinə görə, hazırda diplomatik kanallar vasitəsilə tədbirin formatı, iştirakçılar və digərləri barədə detallar müəyyənləşdirilir.

Bundan əvvəl Vaşinqton sammitdə iştirak etmək üçün 40 ölkənin liderinə dəvət göndərdiyini bildirmişdi. Tədbirin aprelin sonunda onlayn keçiriləcəyi bildirilir.
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR