Putindən İŞİD açıqlaması

Putindən İŞİD açıqlaması

"Suriya ordusu hazırda ciddi hücum əməliyyatları keçirmək gücündədir".

Aktual.az APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında deyib.

Hələb ətrafında mürəkkəb durumun olduğunu deyən Putin şəhər ətrafında həm Suriya müxalifətinin, həm də "Cebhat Ən Nusra" terror qruplaşmasının fəaliyyyət göstərdiyini bildirib. "Onları ayırmaq çox çətindir", - deyə o vurğulayıb.

İŞİD-ə gəldikdə isə bu terrorçu qruplaşmasının fəaliyyət miqyasının genişlənə biləcəyini istisna etməyib.

Putin onu da əlavə edib ki, Rusiyanın Suriyada qalan hərbi kontingenti qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır.

Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR