Putin Özbəkistanın 865 mln dollar borcunu sildi

Putin Özbəkistanın 865 mln dollar borcunu sildi

Rusiya prezidenti Vladimir Putin Özbəkistanın 865 mln dollar borcunun silinməsi barədə razılaşmanın ratifikasiya olunması barədə qanunu imzalayıb.

Aktual.az  APA-ya istinadən bildirir ki, 2014-cü ilin sonunda imzalanmış sazişin çərçivəsində SSRİ-nin süqutu ilə bağlı qarşılıqlı iddiaların və Özbəkistanın 1992-93-cü illərdə aldığı kreditlərlə bağlı iddiaların nizamlanması nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ilin noyabrın 1-nə olan məlumata görə, Özbəkistanın borcu 889,3 mln dollar təşkil edib, onlardan 388,7 mln dolları faizdir. Özbəkistan borcun yalnız 43,1 mln dollar məbləğində olduğunu etiraf edib, həmçinin keçmiş SSRİ-nin Almaz Fondunda paya malik olduğunu bildirib.

Sazişin şərtlərinə əsasən, tərəflər qarşılıqlı iddialardan imtina edir, Özbəkistan isə üzərinə Rusiyaya yalnız 25 mln dollar ödənilməsinə dair öhdəlik götürür.

Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR