Putin nə vaxt evlənir? - Canlı yayımda keçmiş arvadıyla bağlı sual

Putin nə vaxt evlənir?   - Canlı yayımda keçmiş arvadıyla bağlı sual

Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı şəxsi həyatla bağlı suala da cavab verməli olub.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, birbaşa efirdə Putinə “Qəzetlərdə Lyudmila Aleksandrovnanın ərə getməsi barədə xəbərlər yazılır. Bəs siz nə vaxt bizə ökənin birinci xanımını təqdim edəcəksiniz?” sualı verilib.

“Biz Aleksandrovna ilə hərdən görüşürük. Bizim dostluq münasibətimiz var. İndiki münasibətimiz bəlkə öncəkindən də yaxşıdır”, – deyə Putin suala zaraftla cavab verib.

“Hər birimizin öz həyatı var. O yaxşıdır, vəziyyətindən də razıdır. Mən də razıyam. Hər şey yaxşıdır. Şəxsi məsələni belə önə çıxarmaq lazımdırmı bilmirəm. Bu cavablar valyutaya, kursa təsir etməsin. Bizi işləmək üçün seçirlər. Şəxsi həyata aid olan məsələlər təbbi ki, maraq doğurur. Bununla barışmışam. Amma bu öncül məsələ deyil. Bəlkə də nə vaxtsa sizi sevindirərəm”, - deyə Rusiya prezidenti əlavə edib.

Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR