Putin müəllimini şam yeməyinə apardı – VİDEO

Putin müəllimini şam yeməyinə apardı – VİDEO

Rusiya Prezidenti Vladimir Putin keçmiş sinif rəhbəri Vera Qureviçi Moskvaya bir neçə günlük səfərə dəvət edib. 
Aktual.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Vera Qureviç üçün paytaxtda xüsusi mədəni proqram təşkil edilib.
Bildirilib ki, Putin mayın 11-də "Aurus” markalı avtomobilin sükanı arxasında keçmiş müəlliminin olduğu hotelə gəlib və onu Kremldə şam yeməyinə aparıb.
Kremlin yaydığı görüntülərdən Rusiya liderinin hotelin foyesində müəllimi ilə görüşdüyünü, eləcə də Soçidən gələn başqa qonaqlarla söhbət etdiyini görmək mümkündür.
Qeyd edək ki, 92 yaşlı Vera Qureviç Leninqradda 193 nömrəli məktəbdə Vladimir Putinin sinif rəhbəri olub.


Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR