Putin: “Heç bir zaman Trampın tvitlərini oxumamışam”

Putin: “Heç bir zaman Trampın tvitlərini oxumamışam”

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın "Twitter" sosial şəbəkəsində yazdığı statusları heç vaxt oxumadığını bildirib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində deyib.
"Xeyir", — deyə Putin Amerika kanalının onun Trampın tvitlərini oxuyub-oxumamasına dair sualını cavablandırarkən bildirib.
Putin həmçinin təsdiq edib ki, onun bu sosial şəbəkədə səhifəsi yoxdur, çünki "onun öz fikirlərini və qərarlarını çatdırmaq üçün başqa yollar var".
"Donald daha müasir insandır", — deyə Putin gülərək bildirib.
Rusiya lideri Trampın xarakterik olması ilə bağlı suala "Ola bilər", - deyə cavab verib.
ABŞ prezidenti hər gün "Twitter"də paylaşım edərək, cəmiyyəti mühüm dövlət qərarları barədə məlumatlandırır.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR