Putin erməni məmuru işdən qovdu

Putin erməni məmuru işdən qovdu
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin Rusiya XİN-in kollegiya üzvlərini – ATƏT yanında daimi nümayəndə Aleksandr Lukaşeviçi və XİN-in hüquq departamentinin direktoru Kirill Gevorkyanı vəzifələrindən azad edib. 

Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi internet-portalında yerləşdirilən informasiyada deyilir.

Bundan əlavə, Putin XİN-in beynəlxalq təşkilatlar departamentinin direktoru Aleksandr Pankini və silahların yayılmaması və onlara nəzarət departamentinin rəhbəri Mixail Ulyanovu yeni kollegiya üzvləri kimi təsdiq edib. 

Yada salaq ki, az öncə Lukaşeviç Qarabağ məsələsində Türkiyə baş naziri Əhməd Davudoğlunun Azərbaycana dəstək ifadə edən açıqlamasını “təxribat” adlandırmışdı.

Aktual.az

Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR