Putin 2018-ci ildə prezident postundan gedəcəkmi?

Putin 2018-ci ildə prezident postundan gedəcəkmi?

“Müvafiq qərarlar qəbul ediləcək?”.

2018-ci il prezident seçkilərindən danışmaq tezdir.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin telefon əlaqəsi zamanı yenidən prezidentliyə namizədliyini irəli sürəcəyinə dair suala cavab verərkən bildirib.

“Bu haqda danışmaq hələ tezdir”, - dövlət başçısı qeyd edib.

O əlavə edib ki, indi “gələcəkdə harada və necə işləməyimiz haqqında deyil, insanların etimadını bu gün necə doğrultmağımız, qarşımıza qoyduğumuz məqsədlərə necə nail olacağımız, verdiyimiz vədləri necə yerinə yetirəcəyimiz barədə düşünməliyik”.

Onun fikrincə, vəziyyətin necə inkişaf edəcəyindən, işlərin necə gedəcəyindən asılı olaraq, müvafiq qərarlar qəbul ediləcək.

Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR