Problemli kreditlərin həcmi artdı

Problemli kreditlərin həcmi artdı

Azərbaycanda kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin oktyabrın 1-ə 1 milyard 353,8 milyon manat təşkil edib. Bu illik müqayisədə 380,6 milyon manat və ya 39,11% çoxdur.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

AMB-dən qeyd edilib ki, problemli kreditlərin həcmi sentyabrın 1-ə olan göstərici ilə müqayisədə 20,2 milyon manat və ya 1,51% artıb.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 7,08% təşkil edir.

Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR