Polisi şantaj edərək pul tələb edən şəxslər tutuldular

Polisi şantaj edərək pul tələb edən şəxslər tutuldular

Biləsuvarda polis əməkdaşını şantaj edənlər yaxalanıblar.

Aktual.az  DİN-ə istinadən xəbər verir ki, martın 10-da Biləsuvar RPŞ-nin əməkdaşı, polis baş serjantı Cavad Həsənov şöbənin rəhbərliyinə raportla müraciət edərək bir qrup rayon sakininin guya barəsində olan rüsvayedici videogörüntüləri sosial şəbəkədə yayacaqları ilə hədələyib və ondan 3.000 manat pul tələb etdiyini bildiriblər.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri - əvvəllər məhkum olunmuş Ələddin İsmayılov, Çingiz və Yusif Kazımovlar rayon ərazisindəki kafelərdən birində 1000 manat məbləğində pulu polis əməkdaşından alarkən tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
 
Aktual.az
Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR