Peskov Paşinyanın Moskva səfərinin məqsədini açıqladı

Peskov Paşinyanın Moskva səfərinin məqsədini açıqladı

Dmitri Peskov erməni tərəfinin Nikol Paşinyanın 7 apreldə Moskvaya səfəri barədə məlumatını təsdiqləyib. 

Aktual.az Qaynarinfo-ya istinadla xəbər verir ki, onun sözlərinə görə, baş nazir Vladimir Putinlə danışıqlar aparacaq.

"Ən yüksək səviyyədə aktiv dialoq reallaşır", - prezidentin mətbuat katibi deyib. Peskov ilk növbədə, görüşdə Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinin, habelə Putinin bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyi Zaqafqaziyada nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı məsələlərin müzakirə olunmasının planlaşdırıldığını bildirib.

"Ermənistanda başlayan seçki prosesi və Rusiya-Ermənistan əməkdaşlığının digər məsələləri barədə də fikir mübadiləsi aparılacaq”, - Kreml spikeri əlavə edib.
Peskov bunların Ermənistan və Rusiya arasında Azərbaycanın iştirakı olmadan ikitərəfli danışıqlar olacağını vurğulayıb.
 
Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR