Peskov: Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir

Peskov: Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir

Kreml NATO-nun Cənubi Qafqazda artan fəallığını diqqətlə izləyir.
Aktual.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirərkən deyib.
"Əlbəttə, diqqətlə izləyirik, lakin biz diqqəti ikitərəfli əlaqələrimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq vasitələrinə yönəltmək niyyətindəyik”, - Peskov bildirib.
Onun sözlərinə görə, NATO-nun öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri regionda vəziyyətə sabitlik qazandırmaz: "Biz NATO-nun Qafqazda öz mövcudluğunu möhkəmləndirmək istəyini yaxşı başa düşürük və necə deyərlər, adi gözlə görünür”.
Qeyd edək ki, Yens Stoltenberq Azərbaycana martın 17-də, Gürcüstana martın 18-də, Ermənistana isə martın 19-da səfər edib.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR