Ərdoğandan NATO liderlərinə təəccübləndirən hədiyyə

Ərdoğandan NATO liderlərinə təəccübləndirən hədiyyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak edən liderlərə xüsusi hazırlanmış, adları həkk olunmuş revolverlər və bir qutu sursat hədiyyə edib.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, silahların öz ölkələrinə daşınması üçün lazımi ixrac sənədləri də liderlərə təhvil verilib.
Lakin Böyük Britaniyanın Baş naziri Keyr Starmer ölkəsində silah idxalı ilə bağlı qaydalara görə aldığı revolveri Böyük Britaniyaya apara bilməyib.
Xəbər 71 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR