Paşinyan Rusiyaya gedir

Paşinyan Rusiyaya gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiyaya rəsmi səfər edəcək.

Aktual.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Paşinyan Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putinlə görüşəcək.

Tərəflər görüş zamanı Qarabağla bağlı 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar bəyanatlarını müzakirə edəcəklər. 

Bununla yanaşı, Paşinyan və Putin regionda sabitliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin bərpa olunması və s. məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR