Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanıması ilə bağlı problem yoxdur.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
O, Ermənistan və Türkiyənin hələ ki diplomatik münasibətlər qurmadığını, hər şeyin irəlidə olduğunu qeyd edib.
"Mən əminəm ki, gələcəkdə bu münasibətlər bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin tanınması ilə qurulacaq. Və düşünürəm ki, bu, qeyd etməli olduğumuz bir həqiqətdir”, - Paşinyan vurğulayıb.
Xəbər 34 dəfə oxunub.