Pakistanda 15 silahlı məhv edildi

Pakistanda 15 silahlı məhv edildi

Pakistanın cənub-qərbində, Bəlucistan əyalətində hökumət qüvvələri ilə terrorçular arasında baş verən toqquşmalarda 15 silahlı məhv edilib.
 
Aktual.az Apa-ya istinadən xəbər verir ki, silahlılar Kalat şəhərində həyata keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib.
 
Əməliyyat zamanı iki hərbi qulluqçu yaralanıb, terrorçulara məxsus sığınacaqlar məhv edilib. Terrorçuların Bəlucistanda fəaliyyət göstərən separatçı qruplaşmalardan birinə mənsub olduğu vurğulanır.
 
Qeyd edək ki, son 4 ay ərzində Pakistan hökumət qüvvələri adıçəkilən əyalətdə 90-dək terrorçunu məhv edib. 
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR