Çovğun amerikalıları qırır

Çovğun amerikalıları qırır
  • DÜNYA

ABŞ-ın Missuri və İllinoys ştatlarında şaxtalı hava 22 nəfərin həyatına son qoyub.


Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Nyu-York ştatı tamamilə qarın altında qalıb. Güclü fırtına Baffalo şəhərini də cənginə alıb. Burada qarın hündürlüyü 30 santimetrdir. Güclü külək və yolun görünməməsi səbəbindən iri avtomobil yollarında bir sıra ciddi qəzalar baş verib. Buna görə də yollar müvəqqəti olaraq bağlanıb.

Qeyd edək ki, 2015-ci ilin son günləri ABŞ-ın bir sıra ştatlarında fəlakətlərlə yadda qalıb. Texas ştatında 9 tornado qeydə alınıb və 10 nəfərdən artıq insan dünyasını dəyişib. Alabama, Missisipi, Tennesi, Arkanzas ştatlarında da analoji vəziyyət hökm sürür. Bu dövrdə ABŞ-da çovğun səbəbindən ümumilikdə 50-yə yaxın insan dünyasının dəyişib.

Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR