Oğullarına bu adı qoyduqlarına görə - valideynlik hüququndan məhrum oldular

Oğullarına bu adı qoyduqlarına görə   - valideynlik hüququndan məhrum oldular

ABŞ-ın Nyu-Cersi ştatından olan iki amerikalı - Helf Kembel və onun həyat yoldaşı Coys Lin valideyn hüququndan məhrum ediliblər.

ATV.az Vesti.ru-ya istinadən xəbər verir ki, buna səbəb cütlüyün öz oğluna “Hitler” adı qoyması olub. Məsələnin üstü isə onlar uşaqlarının ad gününə tort sifariş verəndə açılıb. Valideynlər tortun üstünə “Ad günün mübarək, Hitler” yazdırmaq istəyiblər, lakin şirniyyatçılar etiraz edərək sifarişi qəbul etməyiblər.

Bundan sonra valideynlərin əlindən nəinki Hitler, hətta “Ari irqi” adlı qızları da alınıb.

Məhkəmədə məlum olub ki, uşaqların valideynlərı qatı nasist ideologiyasının tərəfdarı olduqlarından, belə addım atıblar.

Xəbər 894 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR