Ordumuzun təlimlərinə hansı tanklar cəlb olunub?

Ordumuzun təlimlərinə hansı tanklar cəlb olunub?

Azərbaycan Ordusunun malik olduğu tanklar modenrləşdirilib”.

Bunu "Report”a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Mürsəl Qurbanov genişmiqyaslı əməliyyat-taktiki təlimlərə cəlb olunan tankların göstəriciləri haqqında danışarkən deyib.
O bildirib ki, təlimlərdə tank əleyhinə müdafiə qüvvələri də iştirak edir:
"Azərbaycan Ordusunun malik olduğu "T-90", "B-80" tankları bu gün ermənilərin tanklarının parametrlərindən, texniki-taktiki xüsusiyyətlərindən dəfələrlə üstündür. Çünki həmin tankların idarə olunmasında, lazerlə istifadə edilməsində, monitorların istismarında da böyük üstünlükləri var. Ermənistanda keçmiş sovet ordusundan qalmış texnikalardır. Düzdür, onlar həmin texnikaların ehtiyat hissələrini ildən-ilə dəyişirlər, ancaq onların tanklarını bizim tanklarla müqayisə etmək gülünc olar.
Bu gün həm Müdafiə Nazirliyi, həm də Dövlət Sərhəd Xidmətinin strukturu texniki baxımdan çox modernləşdirilib”, - ehtiyatda olan polkovnik-leytenant deyib.
M.Qurbanov söyləyib ki, ehtiyatda olan zabitlər də təlimləri izləyirlər. O vurğulayıb ki, ordunun şəxsi heyətinin bütün hazırlıqları yüksək səviyyədədir: "Hərbi qulluqçular gecə-gündüz səngərlərdə, təlim meydanlarındadırlar və bugünkü təlimlərin uğurla icrasını təmin edirlər. Yəni şəxsi heyətin mənəvi-psixoloji, döyüş, gecə atışları və atəş hazırlığı yoxlanılır. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrindən dəfələrlə üstündür. Ermənistan mətbuatını izləyəndə görürəm ki, onlar təşvişdədirlər. Narahatdırlar ki, Aprel döyüşləri təkrarlana bilər. Bu, bizim Silahlı Qüvvələrin gücünü göstərir”.

Qeyd edək ki, qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq mayın 18-də Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb.
Təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılır.
10.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.
Xəbər 113 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR