OPEC neft hasilatını azaltdı

OPEC neft hasilatını azaltdı

OPEC ölkələri fevral ayında neft hasilatını gün ərzində 280 min barel azaldıblar.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, dünya bazarlarına neft satışını ən çox azaldan ölkə İraq olub. Səudiyyə Ərəbistanı isə hasilatı əvvəlki səviyyədə saxlayıb.

İraqın hasilatı azaltması dünya bazarlarında qara qızılın qiymətinin bir neçə dollar artmasına səbəb olub.

Xatırladırıq ki, OPEC-in ən çox neft hasil edən ölkəsi Səudiyyə Ərəbistanıdır. Bu ölkə sutkada 10,2 milyon barel neft hasil edir.

Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR