Və nə qəribədir, həmin məyusluq günahın, qəbahətin başa düşülməsindən dolayı deyil, Şuşanın alınmasından dolayıdır. Qələbəmizdən dolayıdır. Haqqında danışılan üzdəniraq məxluqların ermənidən betər erməni olmasından dolayıdır...
Şuşaya getmədilər onlar. Heç getmədilər. Hətta Şuşaya səfər edən diplomatları "şou iştirakçısı” adlandıran səfir belə nəhayətində getdi, amma onlar getmədilər!
Getməzlər! İnanın, heç bundan sonra da getməzlər. Çünki, getdikləri an ayaqlarının altından torpaq qaçacaq, təzyiqləri qalxacaq, başları dumanlanacaq. Çünki onlar Şuşanı özlərindən bilmirlər. Çünki onlar Şuşaya da, bütünlükdə Qarabağa da hazırda Vardanyanın, Harutunyanın gözü ilə baxırlar. Çünki onlar Şuşanın geri qayıtmasından, Vətən müharibəsindəki qələbəmizdən sonra elə pəjmürdə, elə bədbəxt olublar ki, həmin bədbəxtliyi bir də canlı hiss etməyi əsla və əsla arzulamazlar...
Şuşa işğaldan azad edilən gün "Milli Şura” adlanan anti-milli qurumun 5 üzvü Nərimanov Parkında yerləşən məşhur kafedə təcili məşvərət keçirib və...söhbət əsnasında aralarındaki biri özünü saxlaya bilmədən belə ifadə işlədib:"Ta, bundan sonra çətin hakimiyyətə gələk. Məsələ qəlizləşdi...”
Hakimiyyət, hakimiyyət, hakimiyyət! Dərdləri-sərləri hakimiyyət! Xəyalları hakimiyyət! Yuxuları hakimiyyət! Şuşa kimi müqəddəs məkan alınanda belə fikrlərində-zikrlərində olan tək şey-hakimiyyət!
Aman Tanrım! Bunlar nə yeyir, nə içir, nə çəkir?!
Baxıram, səfirlik önündə növbə gözləyənlərə, səfirin qarşısında quzu kimi oturanlara, boyun bükənlərə...
Baxıram, Azərbaycana qənim kəsilən nə qədər adam, nə qədər dövlət, nə qədər təşkilat varsa hamısının xəbərlərini, açıqlamalarını, şərhlərini, şəkillərini bəh-bəhlə paylaşan, Ermənistan və Gürcüstandakı meydanlardan az qala "canlı yayın”lar açan Əli Kərimlinin davranışına, siyasi tərbiyəsizliyinə, mənəviyyatsızlığına...
Baxıram, Sevinc Osmanqızının riyakar simasına, Məhəmməd Mirzəli, Tural Sadıqlı kimi küçə adamları ilə apardığı müzakirələrə, elədiyi düşük zarafatlara..
Baxıram,...hələ də ortalıqda vurnuxan, özünü heç cür tapa bilməyən, hikkəsi içində boğulan Gültəkinin sərsəmləmələrinə, atmacalarına...
Baxıram və dəhşətə gəlirəm. Tüklərim birər-birər qalır.
Vallah-billah, belə siyasət olmaz. Belə mübarizə olmaz. Belə müxalifətçilik olmaz.
Sizin elədiyiniz, sərgilədiyiniz tam başqa şeydir və nə yazıq ki, həmin fəaliyyətin adı burada yazılası şey deyil.
Kardaşyanın ölmüşü, yazılası şey deyil...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri