“Onlar pensiyaya çıxmaq istəmir” – parlamentdə pensiya yaşı müzakirəyə çıxarıldı

“Onlar pensiyaya çıxmaq istəmir” – parlamentdə pensiya yaşı müzakirəyə çıxarıldı

"65 yaş məsələsi cəmiyyətdə çox ciddi müzakirə olunur. Bu gün təklif olunan layihədə yaş həddinin bərabərləşdirilməsi nəzərdə tutulur”.
 
Aktual.az Modern.az-a  istinadən  xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Əmək pensiyaları haqqında”qanuna dəyişikliyə münasibət bildirərkən deyib.
 
"Əhalinin elə bir kateqoriyası var ki, onlar yaşa görə pensiyaya çıxmaqda maraqlı deyillər. Onlar daha çox yaş müddətinin olmasını istəyirlər. Amma bəziləri də daha erkən pensiyaya çıxmaq məsələsini dəstəkləyirlər. Bu baxımdan hansı ideal variantın tapılması çox mürəkkəb məsələdir. Ona görə də bu məsələnin tərəfdar və əleyhdarı olacaq. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin aztəminatlı hissəsinə daha az zərər gəlməsi prinsipini əsas götürüb”-deyə deputat əlavə edib.
 
F.Mustafa pensiya yaşının artırılmasının əsl səbəbindən bəhs edib: "
 
Büdcədə neft vəsaitləti az olduğuna görə, dövlət bu yükü götürə bilmir. Özəl sektor isə bu yükü qarşılamağa hazır deyil.
Yaponiyada, Almaniyada 67 yaşdır, yəni bizdən çoxdur. Sadəcə orada məşğulluq alternativləri genişdir. Bizdə bu alternativ olmadığına görə insanlar bunu həyəcanla qarşılayır.
 
Digər tərəfdən bizdə orta ömür həddi 70-in altındadır, bir çox insanlar müalicə olunmaq imkanından məhrumdurlar. Xüsusən də pensiyaçı insanların müəyyən problemləri var. Özünüz fikirləşin, hansısa xəstəliklə bağlı müayinə olunmaq 140-160 manatdır.
 
Deməli, bir təqaüdçü öz pensiyası ilə yalnız bir dəfə müayinə olunmaq imkanına malik olacaq. Müalicə xərcləri çox bahadır. Daha çox inkişaf etmiş ölkələrdə tibbi sığortaya görə orta ömür yaşı yüksəkdir”.
 
Aktual.az

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR