Olimpiya çempionunda xərçəng xəstəliyi aşkar edildi

Olimpiya çempionunda xərçəng xəstəliyi aşkar edildi
  • İDMAN

Üzgüçülük üzrə hollandiyalı olimpiya çempionu İnqe Dekkerdə xərçəng xəstəliyi aşkarlanıb.

Aktual.az Report-a istinadən bildirir ki, bu barədə Hollandiya Üzgüçülük Federasiyası məlumat yayıb.

Xəstəlik idmançının boyun nahiyəsində müəyyən olunub. İdmançı xəbəri eşidərkən çox qorxduğunu bildirib: "3 ildir ki, yalnız Rio Olimpiadası üçün çalışıram. Ancaq birdən bu xəbəri aldım. Gələcəyə inamla baxıram və bütün diqqətimi bərpa olmağa yönəldəcəyəm".

Qeyd edək ki, İnqi Dekker sərbəst üsulla üzmədə 2008-ci il Pekin, 2012-ci il London və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında müvafiq olaraq qızıl, gümüş və bürünc medal qazanıb.

Xəbər 692 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR