Olimpiya çempionu qalib pilotları mükafatlandırdı

Olimpiya çempionu qalib pilotları mükafatlandırdı

Bakı şəhər halqasında GP2 seriyası üzrə birinci yarışa yekun vurulub.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, “Prema Racing” klubunun təmsilçisi Antonio Covinatsi 1:57:944 nəticə ilə bütün rəqiblərini üstələyib.

Yarışda ilk beşliyi bu pilotlar tutub:

1.Antonio Covinatsi (“Prema Racing”) - 1:57:944
2.Sergey Sirotkin (“ART Grand Prix”) - 1:58:116
3.Rafael Marçello (“Russian Time”) - 1:58:427
4.Olivyer Roulend (“MP Motorsport”) - 1:57:887
5.Mitç Evans (“Pertamina Campos Racing”) -- 1:58:314

Ümumilikdə finiş xəttini yarışda iştirak edən 22 idmançıdan 12-i keçib.

Qalibləri Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev mükafatlandırıb.

Xatırladaq ki, GP 2 seriyası üzrə ilk yarış 65 dəqiqə və ya 170 kilometr təşkil edir. GP2 seriyası üzrə birinci yarışın nəticələrinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanacaqlar.

Qeyd edək ki, GP2 seriyası iki yarışdan ibarətdir. GP 2 seriyası üzrə ikinci yarış isə 1 saat çəkəcək və iyunun 19-u bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR