Obama yol verdiyi səhvlərini etiraf edib

Obama yol verdiyi səhvlərini etiraf edib

Obama hakimiyyətdə olduğu dövrdə yol verdiyi səhvlərini sadalayıb

Ölkə.Az TASS agentliyinə istinadən xəbər verir ki, Amerika prezidenti bəzi xətaların yoxlanılmamış və etibarlı informasiya olmaması üzündən baş verdiyini söyləyib.

Obama deyib: "Əgər zamanı geri qaytarmaq mümkün olsaydı 2008-ci ildə iqtisadi azalmanın nə qədər ciddi fəsadlar törədəcəyi barədə ölkə əhalisini xəbərdar edərdim. Bu böhrandan sonra qüvvələrin bərpa olunması üçün ən azı 4-5 il zaman lazım olacağını bildirməliydim".

O Liviyaya dair verdiyi qərarı özünün ən böyük siyasi səhvi kimi qiymətləndirib. "Mən əvvəllər də qeyd etmişəm, beynəlxalq koalisiyanın tərkibində Liviyaya daxil olmaq mənim ən böyük səhvim oldu",- deyə prezident vurğulayıb.

Obama xatırladıb ki, NATO qüvvələri Müəmmər Qəddafiyə qarşı mübarizə aparan üsyançıları dəstəkləyirdi, lakin onlar da sabitliyi bərpa etməyə və ölkənin yeni hökumətinin formalaşmasına kömək edə bilmədilər.

"Səhvlər ona görə baş verdi ki, dəqiq və etibarsız informasiyaya əsaslanmalı oluruq. Hətta prezidentlər də bəzən dəqiq informasiya deyil, ehtimallar əsasında qərar qəbul etməli olurlar",- deyə Obama əlavə edib.

Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR