Obama ailəsinin illik gəlirini AÇIQLANDI

Obama ailəsinin illik gəlirini   AÇIQLANDI

ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel Obama 2015-ci ildə gəlir bəyannamələrini açıqlayıblar.

Aktual.az bu barədə azvision.az-a istinadən xəbər verir.

Gəlir bəyannaməsinə əsasən, cütlük ötən il 436 min 65 dollar gəlir əldə edib. Onlar bu məbləğin 81 minini vergi kim büdcəyə ödəyiblər.

Nəşr vurğulayır ki, bu cütlüyün dörd il ərzində əldə etdiyi ən aşağı gəlir göstəricisidir. Bu, ABŞ prezidenti tərəfindən yazılan kitabın satışının aşağı düşməsi ilə bağlıdır.
Barak Obamanın həyat yoldaşı Mişel bir il ərzində heç nə qazanmayıb.

Məlumatda vurğulanır ki, Barak və Mişel Obama 64 min dollarını xeyriyyəçilik məqsədilə xərcləyib.

Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR