Obama 80 ildə ilk dəfə Kubaya gedir

Obama 80 ildə ilk dəfə Kubaya gedir
  • DÜNYA

ABŞ prezidenti Barak Obama mart ayında Kubaya səfər etmək niyyətindədir.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyinə Ağ Evdəki mənbədən bildirilib.

Ötən ilin dekabrında Barak Obama Kubaya səfər etməyə hazır olduğunu bəyan etmişdi. Bununla belə ABŞ prezidenti şərt qoyub: "Mənə sıravi vətəndaşlarla, istədiyim şəxslərlə ünsiyyətdə olmaq imkanı yaradılsa, Kubaya səfər etməyə hazıram".

Qeyd olunur ki, rəsmi Vaşinqton Kuba inqilabından sonra bu ölkədə ilk ABŞ istehsal müəssisəsinin inşasına dair yerli hökumətlə razılığa gəlib. Rəsmi Vaşinqton həmçinin Kuba üzərindən bir sıra iqtisadi sanksiyaları aradan qaldırıb.

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR