O deputat kimdir? - Səbuhi Abbasov

O deputat kimdir?  - Səbuhi Abbasov

7news.az internet portalının rəhbəri Səbuhi Abbasov öz facebook səhifəsində növbəti araşdırmanın anonsunu verib. Aktual.az həmin statusu təqdim edir:

"Deputat var 12 vəzifə daşıyır. Hər bir vəzifənin də kifayət qədər ictimai çəkisi var. Nəticə isə sıfır. Bəziləri deyəsən millət vəkili olmağın fərqinə varmır. Bu cəmiyyətin ən böyük bəlasıdır.
1. Hər bir vəzifənin icrasının təlimatı var. Bir neçə vəzifə daşıyan şəxs fiziki cəhətdən həmin təlimata uyğun fəaliyyət göstərə bilmir. Nəticədə isə iş yalnız sənəd üzərində qalır.
2. Bir şəxs bir neçə gəncin uğurla icra edə biləcəyi vəzifəni "zəbt" edir və gənclər siyasətinin uğurlu icrasını kölgədə qoyur
3. Bir şəxs bir neçə vəzifə tutursa bu həm də vəzifə "monopoliyası"na gətirib çıxarır və s...
7news.az saytında hər bir millət vəkilinin hansı vəzifələri "mənimsədiyinə" dair silsilə yazılara başlayacağıq. Millət vəkili öz vəzifəsini yerinə yetirməlidir. Bu onun səlahiyyətlərinin ən müqəddəsidir. Digər vəzifələr isə istedadlı gənclərə təslim edilməlidir".

Xəbər 2345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR