Novruz bayramında neçə gün istirahət edəcəyik?

Novruz bayramında neçə gün istirahət edəcəyik?

2016-cı ildə Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Aktual.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən gələn il Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Martın 19-da şənbə gününə təsadüf etdiyindən iş olmayacaq.

26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün gələn il Novruz bayramında 9 gün – 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində qeyri-iş günü olacaq.

Aktual.az

Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR