Norveç ikili vətəndaşlığa icazə verəcək – 2020-ci ildən

Norveç ikili vətəndaşlığa icazə verəcək – 2020-ci ildən
  • DÜNYA

Norveç ikili vətəndaşlığa icazə verməyə hazırlaşır.

Norveç KİV-ləri xəbər verir ki, Krallıq hökuməti ikili vətəndaşlığa icazə verən yeni qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini təsdiq edib.
Beləliklə, Norveçdə yaşamaq üçün qanuni icazəsi olan əcnəbi vətəndaşlar 2020-ci ildən başlayaraq öz ölkələrinin vətəndaşlığından imtina etmədən Norveç vətəndaşlığı almaq üçün sənəd verə biləcəklər.
Başqa ölkələrdə yaşadıqları üçün Norveç vətəndaşlığından imtina edən norveçlilər də öz vətəndaşlıqlarını bərpa edə biləcəklər.
Norveç hökumətindən bildiriblər ki, Avropa Şurasının qaydaların dəyişməsini tənzimləyən konvensiyasının bir hissəsindən imtina etmək üçün Krallığa vaxt lazımdır. Norveç həmin məqsəd üçün Avropa Şurasına ötən ilin dekabrında – parlament ikili vətəndaşlığa icazə verilməsini bəyəndikdən dərhal sonra müraciət edib/Azərtac.


Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR