Nobel mükafatının qalibi açıqlandı

Nobel mükafatının qalibi açıqlandı
  • DÜNYA

Bu gün İsveçin paytaxtı Stokholmda 2021-ci il Nobel həftəsi start götürüb.

Aktual.az-ın məlumatına görə, bu gün tibb və fiziologiya üzrə mükafatın sahibi açıqlanıb.

Bu il bu mükafatı amerikalı fizioloq Devid Culius əldə edib.

O, orqanizmdə temperatur və toxunuş reseptorlarını kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb.

Qeyd edək ki, Nobel həftəsi çərçivəsində oktyabrın 5-də fizika, oktyabrın 6-da kimya, 7-də ədəbiyyat, oktyabrın 8-da sülh və oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar bu il dekabrın 10-da sahiblərinə təqdim olunacaq.
Xəbər 178 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR