Nəsimi rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir

Nəsimi rayonunda xüsusi  karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir

        Yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinin yerlərdə əhaliyə çatdırılması və həmin tələblərə əməl olunması üçün Nəsimi rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən tədbirlər daha da gücləndirilib.
         Rayon İcra Hakimiyyəti  Başçısının,  RİH Başçısı  Aparatının məsul əməkdaşlarının,  hüquq-mühafizə orqanları nümayəndələrinin və rayonun ayrı-ayrı əraziləri üzrə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış mobil qrupların üzvlərinin  iştirakı ilə  əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə mütəmadi reydlər keçirilir, obyekt sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təvisiyyələrinə ciddi əməl etmələri barədə göstərişlər verilir.
        Sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə  geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.    
        Reydlər zamanı pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.
        Yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karatin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən başlanılmış sosial aksiyalar davam etdirilir.
       Aksiya çərçivəsində İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etmələri və sosial təcridolunmanın vacibliyi barədə məlumatlar verilir.





Xəbər 206 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR