Neftimizin qiyməti 110 dolları ötdü

Neftimizin qiyməti 110 dolları ötdü

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,86 ABŞ dolları və ya 0,78% artaraq, 110,79 dollar təşkil edib.

Dünən "Brent” markalı neftin bir bareli 108,33 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər 679 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR