Dünən cəsədi aşkar edilərək Bakıya gətirilən neftçi İman Qasımov bu saatlarda dəfn edilir.
Mərhum Lökbatan qəbirstanlığında torpağa tapşırılır.
Xatırladaq ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçinin cəsədi dünən Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.